Mübariz Qurbanlı Azərbaycan xalqını təbrik etdi

Mübariz Qurbanlı Azərbaycan xalqını təbrik etdi
  23 Sentyabr 2015    Oxunub:1501
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

“Sizi humanizm, xeyirxahlıq və mərhəmət duyğularının rəmzi olan müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi və beynəlxalq sahədə mühüm nailiyyətlər əldə edən müstəqil respublikamızda hər il dövlət səviyyəsində qeyd olunan Qurban bayramı xalqımızın öz tarixi kökünə və milli dəyərlərinə sıx bağlılığını nümayiş etdirir, eyni zamanda cəmiyyətimizdə mənəvi həmrəyliyi, tolerant və multikultural ənənələri daha da gücləndirir.

İslam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramının Sizə və ailənizə xoşbəxtlik, süfrələrinizə ruzi-bərəkət gətirməsini, kəsdiyiniz qurbanların Tanrı dərgahında qəbul olunmasını arzulayıram.

Bayramınız mübarək!”


Teqlər:  



Xəbər lenti