Milli Məclisin ilk iclası - Gündəlikdə 39 məsələ var

Milli Məclisin ilk iclası - Gündəlikdə 39 məsələ var
  23 Sentyabr 2015    Oxunub:2172
Azərbaycan Milli Məclisinin sentyabrın 30-da keçiriləcək payız sessiyasının ilk iclasının gündəliyi dəqiqləşib.
Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu AzVision.az-a açıqlamasında bildirib ki, iclasın gündəliyinə 39 məsələ daxildir.

Gündəliyə parlamentin 2015-cü il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi, Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, Cinayət, Torpaq, Mülki və İnzibati, Xətalar Məcəllələrinə, “Diplomatik xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Torpaq bazarı”, “Torpaq islahatı”, “Yeyinti məhsulları haqqında”, “Melorasiya və irriqasiya haqqında”, “Dövlət qulluğu haqqında” “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” və daha bir neçə qanuna dəyişikliklər daxil edilib.

Qeyd edək ki, bu, Milli Məclisin IV çağırışda son sessiyasıdır, noyabrın 1-də parlamentə V çağırış seçkilər keçiriləcək.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti