1 ay əvvəl itən qadının meyiti tapıldı

1 ay əvvəl itən qadının meyiti tapıldı
  23 Sentyabr 2015    Oxunub:1797
Sumqayıt şəhərində itkin düşmüş qadının cəsədi tapılıb.
AzVision.az - ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 25-də Sumqayıt şəhərində yaşayan Yeganə Mirzəyeva evdən çıxıb, geri qayıtmayıb. Sentyabrın 22-də Abşeron rayonu Qobu qəsəbəsinin ərazisində Y.Mirzəyevanın baş nahiyəsində xəsarəti olan, çürüməyə məruz qalmış meyiti tapılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə hadisənin münaqişə zəminində Sumqayıt şəhər sakini Vahid Vəliyev tərəfindən törədilməsi müəyyən edilib və o, tutulub.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:  



Xəbər lenti