Nazir qəbul keçirəcək

Nazir qəbul keçirəcək
  23 Sentyabr 2015    Oxunub:1956
Gənclər və idman naziri Azad Rəhimov sentyabrın 29-da Sumqayıtda vətəndaşları qəbul edəcək.

Nazirlikdən AzVision.az-a verilən məlumata görə, qəbulda Sumqayıt şəhər, Abşeron, Qobustan, Şamaxı və Xızı rayon sakinləri iştirak edəcəklər.

Qəbul üçün vətəndaşların qeydiyyatı sentyabrın 24-dən sentyabrın 28-dək aparılacaq.

Vətəndaşlar qeyd olunan rayonların gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

AzVision.az


Teqlər:





Xəbər lenti