AZAL əl yükünün çəkisini artırdı

AZAL əl yükünün çəkisini artırdı
  23 Sentyabr 2015    Oxunub:2582
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti (AZAL) bütün reyslərində əl yükünün icazə verilən çəkisini artırıb.
AZAL-ın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, bundan sonra ekonom sinfin sərnişinləri çəkisi 8 kiloqrama, biznes sinfin müştəriləri isə çəkisi 15 kiloqrama qədər olan əl yükünü özləri ilə götürə bilərlər. Əvvəl əl yükünün icazə verilən maksimum çəkisi 5 kiloqram idi.

“Azərbaycan Hava Yolları”nın reyslərində əl yükünün ölçüləri 55x35x20 santimetrdən çox olmamalıdır.

AzVision.az




Teqlər:  



Xəbər lenti