Seçkilərdə çap ediləcək bülletenlərin sayı açıqlanıb

Seçkilərdə çap ediləcək bülletenlərin sayı açıqlanıb
  23 Sentyabr 2015    Oxunub:1348
Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, ilk öncə MSK-nın 18 sentyabr iclasının protokolu təsdiq edilib.

Daha sonra bu il noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanması qaydası müzakirəyə çıxarılıb. Bununla bağlı MSK katibi Arifə Muxtarova məlumat verib. MSK katibi bildirib ki, seçki bülletenlərinin sayı 5 milyon 344 min 431 ədəd olacaq.

Sənəd layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti