Suraxanıda su olmayacaq

Suraxanıda su olmayacaq
  23 Sentyabr 2015    Oxunub:1937
Bu gün Bakının Suraxanı rayonunda içməli suyun verilməsində məhdudiyyət yaranacaq.

“Azərsu” ASC-dən AzVision.az-a verilən məlumata görə, abunəçilərin diqqətinə çatdırılır ki, Bakı şəhəri Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Şadlınski küçəsindən keçən magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması işlərinin aparılması ilə əlaqədar sentyabrın 23-də Yeni Günəşli qəsəbəsinin A,B,V,Q,D massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

AzVision.az


Teqlər:  



Xəbər lenti