Azərbaycan və Fransa birgə universitet yaradır

Azərbaycan və Fransa birgə universitet yaradır
  23 Sentyabr 2015    Oxunub:1784
Azərbaycan və Fransa arasında təhsil sahəsində əməkdaşlığın əsas məqsədlərindən biri Bakıda birgə universitetin yaradılmasıdır. AzVision.az-ın məlumatına görə, bunu Fransanın ölkəmizdəki səfiri Paskal Mönye "Business France" agentliyinin "Invest in France" həftəsi çərçivəsində təşkil etdiyi mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, Fransada bu məsələ ilə Strasburq Universiteti, Azərbaycanda isə Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (keçmiş Azərbaycan Dövlət Neft Akademiyası) məşğuldur.(trend)

AzVision.az


Teqlər:  





Xəbər lenti