Azərbaycanda bayram namazı qılındı

Azərbaycanda bayram namazı qılındı
  24 Sentyabr 2015    Oxunub:1972
Bu gün Bakının Təzəpir məscidində Qurban bayramı münasibətilə bayram namazı qılınıb.
Bakının ən böyük məscidində bayram namazı axund Hacı Əhməd Abbasovun imam-camaatlığı ilə qılınıb.

Daha sonra dindarlar bir-birlərini bayram münasibətlə təbrik ediblər.

Qafqaz Müsəlmanları İdarəsindən bildirilənə görə, ölkənin bütün məscidlərində bayram namazları qılınıb, dualar oxunub.

Xatırladaq ki, sentyabrın 24-25-də Azərbaycanda Qurban bayramı qeyd olunur.


Teqlər:  



Xəbər lenti