Rövnəq Abdullayevin namizədliyi təsdiqləndi

Rövnəq Abdullayevin namizədliyi təsdiqləndi
  24 Sentyabr 2015    Oxunub:1875
Azərbaycan Respublikası Dövlət Neft Şirkətininin prezidenti, deputat Rövnəq Abdullayevin namizədliyi qeydə alınıb.
AzVision.az-ın məlumatına görə, R.Abdullayev yenidən 24 saylı Nizami Birinci Seçki Dairəsindən deputatlığa namizəd olub.

Qeyd edək ki, R. Abdullayevin deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülüb.

Xatırladaq ki, Azərbaycanda Milli Məclisə növbəti seçkilər bu ilin noyabrın 1-də keçiriləcək.

Elvin Abdulqədirov


Teqlər:  



Xəbər lenti