Ermənilər Qazax sakinini yaraladılar
Ermənistan tərəfinin bu cür təxribat əməllərini həmişə olduğu kimi Azərbyacanda əlamətdar hadisələr, bayram günləri keçirildiyi vaxtda törətməsi məqsədyönlü xarakter daşıyır və məhz dövlət sərhədində Silahlı Qüvvələrimizi provokasiyaya cəlb etmək niyyətini güdür.
Müdafiə Nazirliyi bildirir ki, düşməni susdurmaq məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən görülən təxirəsalınmaz və adekvat tədbirlər nəticəsində Ermənistan Silahlı Qüvvələrinin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə güclü atəş zərbələri endirilib. Bir daha bəyan edirik ki, düşmən tərəfində baş verən itkilər və dağıntıya görə bütün məsuliyyət qarşı tərəfin üzərinə düşür.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


