Əliyevlə Sərkisyan Nyu-Yorkda görüşə bilər

Əliyevlə Sərkisyan Nyu-Yorkda görüşə bilər
  24 Sentyabr 2015    Oxunub:2597
Azərbaycan və Ermənistan prezidentlərinin BMT Baş Assambleyasının sentyabrın 25-27-də Nyu-Yorkda keçiriləcək 70-ci sessiyasının gedişi zamanı görüşü mümkündür.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Ermənistanın “Aykakan Jamanak” qəzeti öz diplomatik mənbələrinə istinadən məlumat yayıb.

“Bu yaxınlarda bizim müxbir prezident Serj Sərkisyanın mətbuat katibi Vladimir Akopyandan bu məlumata aydınlıq gətirməyi xahiş edib. Akopyan isə belə cavab verib: “Hazırda bununla bağlı heç nə deyə bilmərəm”” - deyə qəzet yazır.


Teqlər:  



Xəbər lenti