Kəlbəcər girovlarından yeni xəbər var

Kəlbəcər girovlarından yeni xəbər var
  24 Sentyabr 2015    Oxunub:2944
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) nümayəndələri ermənilərin Kəlbəcərdə girov götürdükləri azərbaycanlılar - Şahbaz Quliyev və Dilqəm Əsgərovla görüşüblər.
"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-ləri məlumat yayıb.

Komitə təmsilçiləri onların saxlanıldıqları yerin şəraiti ilə bağlı montorinq keçirib, girovlara münasibətlə maraqlanıb, eləcə də ailə üzvləri ilə təmas saxlamaqda onlara yardım edib.

Xatırladaq ki, Şahbaz Quliyev, Dilqəm Əsgərov və Həsən Həsənov 2014-cü il iyunun 29-da Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda əzizilərinin qəbrini ziyarət etməyə gediblər. Bu zaman ermənilər Həsən Həsənovu öldürüb, Şahbaz Quliyev və Dilqəm Əsgərovu girov götürüblər.


Teqlər:  





Xəbər lenti