Cüdo yığmasına yeni baş məşqçi təyin olundu

Cüdo yığmasına yeni baş məşqçi təyin olundu
  24 Sentyabr 2015    Oxunub:2724
Azərbaycanın cüdo milli komandasına yeni baş məşqçi təyin olunub.
AzVision.az xəbər verir ki, bu barədə Report-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Belə ki, avstriyalı mütəxəssis Peter Zayzenbaxer 3 ildən sonra yığmanın baş məşqçi postuna qaytarılıb.

Onun təqdimat mərasimi sabah Bakıda “Yaxt-klub”da olacaq.

Qeyd edək ki, P.Zayzenbaxer 2012-ci ildə keçirilən London Olimpiya oyunlarındakı uğursuzluqdan sonra Azərbaycan milli komandasına baş məşqçi təyin edilib. Azərbaycan idmançısı (100 kq çəki dərəcəsində mübarizə aparan Elxan Məmmədov) onun rəhbərliyi altında ölkə cüdo tarixində ilk dəfə dünya çempionu olub. P.Zayzenbaxer 2014-cü ilin əvvəllərində maliyyə məsələlərində razılığa gələ bilmədiyi üçün Azərbaycan Cüdo Federasiyasının əvvəlki rəhbərliyi ilə yollarını ayırıb.

AzVision.az


Teqlər:





Xəbər lenti