Niyaməddin Orduxanlı deputatlığa namizəd oldu

Niyaməddin Orduxanlı deputatlığa namizəd oldu
  25 Sentyabr 2015    Oxunub:3522
“BAXCP İdarə Heyətinin qərarı ilə deputatlığa namizədliyim 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən irəli sürüldü. Artıq bu gün BAXCP-nin səlahiyyətli nümayəndəsi tələb olunan sənədləri 44 saylı Sumqayıt-Xızı Dairə Seçki Komissiyasına təqdim edib və sənədlərin qəbul olunması ilə bağlı arayış alıb”.

Bunu BAXCP sədrinin siyasi və ictimai məsələr üzrə müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, bundan sonra Dairə Seçki Komissiyasının qərarını gözləyəcək: "Qanunla 5 gün müddətində baxılmalıdır. İmza vərəqəsi verilən günü imza toplama kampaniyasını aparacağıq. BAXCP-nin Sumqayıt şəhərində çox güclü bazası var. İnanıram ki, qısa müddət ərzində tələb olunan 500 imzanı toplayacağıq.”

Qeyd edək ki, 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən YAP-ın namizədi Əsgərov Nurlan Bəşir oğludur.


Teqlər:



Xəbər lenti