Məmmədyarov görüş keçirdi
Elmar Məmmədyarov Azərbaycanın bu sahədə əməkdaşlıq etməyə hazır olduğunu və İcraedici Direktorluğun Azərbaycana səfər etmək niyyətinin alqışlandığını bildirib. Avropa ölkələri ilə müqayisədə Azərbaycandan İraq və Suriya kimi ölkələrə döyüşməyə gedənlərin az sayda olduğunu qeyd edən nazir, bu təhdidin qarşısını almaq üçün həyata keçirilən tədbirlər barədə məlumat verib. Əlavə olaraq, Elmar Məmmədyarov məsələnin həlli üçün dövlətlər arasında məlumat mübadiləsinin vacib olduğunu xatırladıb. Nazir İraq və Suriya kimi ölkələrdə siyasi vəziyyətin həllinə nail olmadan xarici döyüşçülərlə bağlı problemin aradan qaldırılmasının qeyri-mümkün olduğunu vurğulayıb.
Laborde BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 2170, 2178 və 2199 saylı qətnamələrin problemin həllinə vacib əsas olduğunu və onların həyata keçirilməsi üçün vasitələrin tapılmasının atılacaq addımlar sırasında durduğunu qeyd edib.
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


