Türkiyədə dəhşətli qəza: 13 nəfər öldü

Türkiyədə dəhşətli qəza: 13 nəfər öldü
  25 Sentyabr 2015    Oxunub:2047
Türkiyədə 13 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasında həyatını itirənlərin 8 nəfəri uşaq olub.
AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, Niğdə bölgəsində qeydə alınan yol qəzasında 11 nəfər yerindəcə dünyasını dəyişib.

Xəstəxanaya çatdırılan iki nəfərə tibbi yardım göstərilsə də, onların həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində həyatını itirənlərdən Əli və Adəm, Mehmet, Məhəmməd, Evren, Reyhan və iki Zeynəb adlı uşaq altı-səkkiz yaşlarında olublar.

AzVision.az



Teqlər:  



Xəbər lenti