Qadını şantaj edən şəxs tutulub

Qadını şantaj edən şəxs tutulub
  26 Sentyabr 2015    Oxunub:3014
Azərbaycanda qadından şantaj etməklə pul tələb edən şəxs tutulub.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, Gəncə şəhər sakini Ş.M Nizami (Gəncə) rayon Polis İdarəsinə müraciət edərək, həmyerlisi Anar Məcməddinovun onu sosial şəbəkələrdə rüsvay edəcəyi və ailəsinə böhtan atacağı ilə hədələyib ondan pul tələb etdiyini bildirib.

Ş.M bildirib ki, bu ilin iyul ayından sentyabr ayına qədər A.Məcməddinov ondan 7000 manat pul və qızıl zinət əşyalarını alıb. Sonuncu yenidən sentyabrın 25-də 530 manat pul tələb edib. Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Məcməddinov saxlanılıb.

Faktla bğalı araşdırma aparılır.

AzVision.az



Teqlər:  



Xəbər lenti