Ağdamda 3 oğru qadın tutulub

Ağdamda 3 oğru qadın tutulub
  26 Sentyabr 2015    Oxunub:2106
Ağdamda oğurluqla məşğul olan dəstə zərərsizləşdirilib.
AzVision.az DİN-nin saytına istinadən xəbər verir ki, sentyabrın 25-də Ağdam rayonunun Əfətli kəndində kənd sakinləri Fərhad İsmayılova və Habil Əliyevə məxsus mağazalardan geyim əşyaları oğurlanıb.

Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Yevlax şəhər sakinləri İsmayıl Nadirov, Qumru Nadirova, Gülnaz Seyidova və Sona Nadirova tutulublar.

AzVision.az


Teqlər:  





Xəbər lenti