217 nəfərin namizədliyi qeydə alındı

217 nəfərin namizədliyi qeydə alındı
  26 Sentyabr 2015    Oxunub:2038
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
AzVision.az xəbər verir ki, iclasda çıxış edən MSK sədri Məzahir Pənahov bildirib ki, bu günədək Milli Məclisə seçkilərlə əlaqədar 1449 nəfər namizədliyinin qeydə alınması üçün MSK-ya müraciət edib.

Bunlardan 557 nəfərin namizədliyi siyasi partiyalar, 60 nəfərin namizədliyi “Azadlıq-2015” siyasi partiyalar bloku, 3 nəfərin namizədliyi təşəbbüs qrupu tərəfindən, 829 nəfər isə öz təşəbbüsləri ilə namizədliklərini irəli sürüb. 1351 nəfərin namizədliyinin irəli sürülməsi təsdiq olunub. 1231 nəfərə imza vərəqələri verilib, 217 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 123 nəfəri 13 siyasi partiya tərəfindən, 94 nəfəri isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.

Daha sonra Mərkəzi Seçki Komissiyasının iclasında daxil olan müraciətlərə baxılıb. MSK katibi Arifə Muxtarova 40 saylı Kəpəz İkinci Seçki Dairəsində namizədliyini öz təşəbbüsü ilə irəli sürmüş Elnur Eyvazovun və 60 saylı Saylan-Neftçala Seçki Dairəsindən öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş İsmayıl Ağayevin deputatlığa namizədliyinin müvafiq Dairə Seçki Komissiyaları tərəfindən qeydə alınmaması ilə bağlı MSK-ya şikayət etdiklərini bildirib.Hər iki şəxsin namizədliyinin qeydə alınması barədə qərar qəbul edilib.

Bundan başqa 72 saylı Yardımlı-Masallı Seçki Dairəsindən Ümid Partiyası tərəfindən namizədliyi irəli sürülmüş parti sədrinin birinci müavini Ənvər Ağazadənin namizədliyinin yerli DSK tərəfindən qeydə alınmaması isə MSK tərəfindən dəstəklənib. MSK 21 saylı Nəsimi Birinci Seçki Dairəsindən Ümid Partiyası tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş Günel Səfərovanın namizədliyinin 21 saylı Nəsimi Birinci Dairə Seçki Komissiyası tərəfindən qeydə alınmamasını isə əsassız sayıb. Təqdim edilən 550 imzadan 468 imza etibarlı olduğu üçün MSK G. Səfərovanın namizədliyinin qeydə alınması barədə qərar verib.

MSK 43 saylı Sumqayıt Üçüncü Seçki Dairəsinə öz təşəbbüsü ilə namizədliyini irəli sürən Kəramət Salayevin namizədliyinin namizədliyinin dairə seçki komissiyası tərəfindən qeydə alınmamasını də əsassız sayıb. Təqdim edilən 486 imza etibarlı sayılıb və K. Salayevin namizədliyinin qeydə alınması barədə qərar verilib.


Teqlər:  





Xəbər lenti