Lənkəranda ata qızını öldürüb

Lənkəranda ata qızını öldürüb
  15 İyun 2013    Oxunub:1156
Lənkəranda dəhşətli qətl hadisəsi baş verib.
Hadisə iyunun 15-də günorta saatlarında şəhərin Dədə Qorqud küçəsi, ev 2, mənzil 5 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1957-ci il təvəllüdlü Ramiz Kazım oğlu Əliyev çoxsaylı bıçaq zərbələri ilə qızı, 1987-ci il təvəllüdlü Xəyalə Əliyevanı qətlə yetirib. İlkin versiya kimi qətlin qısqanclıq zəminində törədildiyi bildirilir. R.Əliyev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən yaxalanaraq istintaqa təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.(apa)


Teqlər:





Xəbər lenti