Penitensiar xidmətdə qurtuluş günü

Penitensiar xidmətdə qurtuluş günü
  15 İyun 2013    Oxunub:1342
Penitensiar xidmətin Bakı İstintaq təcridxanasında 15 iyun "Milli Qurtuluş" ğününün 20-ci ildönümü munasibətilə tədbir keçirilib.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, tədbirdə 1993-cü ilin iyun hadisələri bir daha xatırlanaraq Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edilib, Ulu Öndərin dövlətçiliyimizin möhkəmləndirilməsi, demokratik dəyərlərin inkişaf etdirilməsi, hüquqi dövlətin qurulması sahəsindəki fəaliyyətinin xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Ölkəmizdə həyata keçirilən əsaslı hüquqi islahatların, mütərəqqi, insan hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş qanunvericiliyin formalaşmasının məhz Ulu Öndərin məqsədyönlü və yorulmaz fəaliyyətinin nəticəsi olduğu qeyd edilib.

Müəssisədə saxlanılan yetkinlik yaşına catmayan həbs edilmiş şəxslər arasında dama və “qol gücü” üzrə yarışlar keçirilib və qaliblərə medal və hədiyyələr təqdim edilib.

Daha sonra Milli Qurtuluş Gününə həsr olunan və Ümummilli Lider Heydər Əliyevin mənalı və zəngin ömründən bəhs edən “Qurtuluş” sənədli filmininin nümayişi təşkil olunub.

Tədbirdə Penitensiar xidmətin məsul əməkdaşları iştirak edib.

AzVision.az


Teqlər:  





Xəbər lenti