Gəncədə polis qəzaya səbəb oldu - 2 yaralı
Şəhər sakini 43 yaşlı Əzimxan Tahirov idarə etdiyi Opel Astra markalı avtomobillə hərəkətdə olarkən onu ötüb keçmək istəyən Chevrolet Niva markalı avtomobillə toqquşub.
Daha sonra Chevrolet Niva markalı avtomobil yolun kənarında dəyanan 3 müxtəlif maşına dəyib. Qeyd edək ki, Chevrolet Niva markalı avtomobilin sürücüsü Kəlbəcər rayon polis bölməsinin əməkdaşıdır.
Avtomobillərə xeyli ziyan dəyib iki nəfər xəsarət alıb. Qəzanın dəqiq səbəbləri araşdırılır.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


