6 yaşlı uşağı maşın öldürdü

6 yaşlı uşağı maşın öldürdü
  28 Sentyabr 2015    Oxunub:1655
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakı şəhər Baş Polis İdarəsindən AzVision.az a verilən məlumata görə, sentyabrın 26-da Xətai rayonu Gəncə prospektində Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Vüqar Romanoğlu idarə etdiyi «Jeep-Grand Cherokee» markalı avtomobillə Culfa rayon sakinləri - 1988-ci il təvəllüdlü Gülnar Əsgərovanı və oğlu 2009-cu il təvəllüdlü Fərid Cəfərovu vurub.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. F.Cəfərov aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb. Faktla bağlı araşdırma aparılır.


Teqlər:  



Xəbər lenti