Yeni AXCP-nin qurultay vaxtı bilindi

Yeni AXCP-nin qurultay vaxtı bilindi
  28 Sentyabr 2015    Oxunub:2180
Azərbaycanın müxtəlif bölgələrində, eləcə də paytaxtda bir-birinin ardınca konfranslar keçirən AXCP Ehtimad Qurultayı Təşkilat Komitəsinin Qurultay günü bəlli olub.

Bu barədə AzVision.az-a AXCP EQTK-nın mətbuat katibi Vüsal Qarayev məlumat verib.

Onun sözlərinə görə, qərara alınıb ki, qurultay 18 oktyabr Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirilsin.

O, bildirib ki, qurultaya bir çox xarici təşkilatların, eləcə də ölkədə fəaliyyət göstərən partiya və təşkilatların nümayəndələri də dəvət olunacaq.



Teqlər:



Xəbər lenti