Payızda yay havası - 32 dərəcə isti olacaq

Payızda yay havası - 32 dərəcə isti olacaq
  28 Sentyabr 2015    Oxunub:2303
Sentyabrın 29-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan AzVision.az - a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 26-30, Bakıda gecə 17-19, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycan rayonlarında isə sabah hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, gündüz bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 14-19, gündüz 27-32, dağlarda gecə 8-13, gündüz 19-24 dərəcə isti olacaq.


Teqlər:  



Xəbər lenti