Qadını şantaj edən kişi tutuldu

Qadını şantaj edən kişi tutuldu
  28 Sentyabr 2015    Oxunub:2080
İmişli rayon sakini hədə-qorxu gəlməklə pul alarkən tutulub.
Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Təmrazov Bakı şəhər sakini S.H-ya (qadın) barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib ondan 1200 ABŞ dolları alarkən tutulub.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.


Teqlər:





Xəbər lenti