Şeyxin qudası niyə hər il Həccə gedir?
Hətta mətbuatda onunla bağlı yayılan ilginc məlumatlarda iddia edilir ki, Q.Salahzadə Məkkəyə sırf ziyarət üçün deyil, şəxsi işləri ilə əlaqədar gedir.
Haqqında gəzib-dolanan fikirlərlə bağlı AzVision.az-a açıqlama verən Q.Salahzadə əsl niyyətini açıqlayıb. Deputat bildirib ki, Həccə 27 dəfə getməsi onun arzusu ilə bağlıdır.
“Həccə getməyimdə başqa nə marağım ola bilər ki? Bu mənim arzumdur. Həmişə arzum olub ki, hər il ziyarətə gedim. Allah izn verməsə, heç kim Həcc ziyarətinə gedə bilməz. Kimə Allah nə qədər qismət edibsə, o qədər də Həccə gedəcək. Arzu etmişəm ki, hər il Həcc ziyarətinə gedim. Allah nə qədər ömür veribsə, o qədər də Həccə gedəcəyəm”.
Anar Kəlbiyev







Vaxtında, Aydın, Lazımlı!


