8 dəqiqəlik videoda 8 özünüifşa – Fotofaktlar

8 dəqiqəlik videoda 8 özünüifşa – Fotofaktlar
  28 Sentyabr 2015    Oxunub:23618
Əslində, bütün böyük mətləblər xırda görünən detallarda gizlənir. AXCP-nin sentyabrın 27-də keçilmiş qurultayının 8 dəqiqəlik videosunda cəmi 8 məqama diqqət yetirmək kifayətdir ki, mahiyyət aydın olsun.

1) Tribunada Əli Kərimli çıxış edərək deyir ki, AXCP-nin sıralarında olduğu kimi fəal gənclər başqa heç bir partiyada yoxdur. Kadrda gördüyünüz, yaşı 40-50-dən yuxarı olan bu şəxslər həmin “gənclər”dir:



2) Əli Kərimli hakimiyyəti seçkilərdə azad seçimə mane olmaqda ittiham edir və elə özü AXCP sədrliyinə gizli səsvermə keçirilməsinə razılaşmır:



3) Zalda səsvermə zamanı “qələbəlikdir”.



4) Əli Kərimli sədri olduğu partiyanın qurultayında öz partiya yoldaşlarından niyə ehtiyat edir, onu hər dəfə nümayişkarənə şəkildə mühafizəçi ilə tribunaya qalxmağa vadar edən nədir? Əli Kərimlinin çıxışı zamanı mürgüləməyən təkcə onun mühafizəçisidirmi?



5) Qurultayın əsas gündəliyi AXCP-yə sədr seçkisi olsa da, zalda ancaq sədrliyə namizədlərdən birinin fotosu asılıb. Bəs digər namizəd haradadır?



6) AXCP sədrliyinə namizəd Sahib Kərimli tribunadan öz namizədliyini Əli Kərimlinin xeyrinə geri götürdüyünü elan edərkən onun arxa tərəfində dayanmış şəxsi və auditoriyanı niyə gülmək tutur? Ümumiyyətlə, Əli Kərimli və Sahib Kərimli arasında hansı qohumluq münasibətləri var?



7) Namizədliyini Əli Kərimlinin xeyrinə geri götürən və hamını Əli Kərimliyə səs verməyə çağıran Sahib Kərimli səsvermədə özü niyə bitərəf qalır?



8) AXCP-də zalda xeyli boş yerlər olsa da, gənclərə niyə oturmağa yer yoxdur?



AzVision.az


Teqlər:  



Xəbər lenti