İşğal altında olan rayonumuzdan son görüntülər - VİDEO

İşğal altında olan rayonumuzdan son görüntülər - VİDEO
  28 Sentyabr 2015    Oxunub:3728
AzVision.az Azərbaycanın erməni işğalı altında olan Ağdərə rayonunun son görüntülərini təqdim edir. Kadrlarda yağmalanmış azərbaycanlı evləri görünür.
Təqdim etdiyimiz video, vaxtilə Dağlıq Qarabağda Azərbaycan əleyhinə döyüşən erməni `əlil` Sasunun acı taleyi ilə bağlıdrır. Göstərdiyi `xidmətləri` cavabsiz qalan, hazırda doğma yurdundan didərgin düşmüş bir azərbaycanlının yarıuçuq evində yaşayan Sasun Ermənistan hökumətinin biganəliyindən şikayətlənir. Evsizlikdən və işsizlikdən gileylənən Sasun deyir ki, mənzil məişət proqamları, güzəştli ipoteka kreditləri yalnız mərkəzi şəhərlərdə tətbiq edilir.

Lakin burada Ermənistan hökumətinin biganələyi ilə yanaşı başqa bir məqam da var. Ermənilər özgə atına minənin tez düşəcəyini, bu torpaqların onların olmadığını yaxşı bilirlər, odur ki, bənzər videolarda işğal olunmuş Azərbaycan rayonlarının əksəriyyətində yaşayış olmadığının şahidi oluruq.



Səbinə Həsənova
AzVision.az



Teqlər:





Xəbər lenti