Qadın bank müdirinin 40 minlik fırıldağı

Qadın bank müdirinin 40 minlik fırıldağı
  28 Sentyabr 2015    Oxunub:2797
“Yunayted Kredit Bank” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Gəncə filialının vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Gəncə şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Bu barədə AzVision.az - a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalarla filialın sabiq müdiri Nərminə Dərgahzadənin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bankın elektron sənəd hesabatlarına yanlış məlumatlar daxil edərək vəzifə saxtakarlığı etməklə Gəncə şəhər sakininin adına rəsmiləşdirilmiş 40 min ABŞ dolları məbləğində pulu mənimsəməsində şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.


Teqlər:  





Xəbər lenti