Facebook yenə çökdü - Yenilənib

Facebook yenə çökdü - Yenilənib
  29 Sentyabr 2015    Oxunub:2644
Azərbaycanda Facebook sosial şəbəkəsinə giriş çətinləşib.
Bu barədə AzVision.az-a Facebook istifadəçiləri məlumat veriblər.

Bildirilir ki, bu dəqiqələrdə sosial şəbəkəyə giriş mümkün deyil. Bir neçə dəqiqəlik gözləməkdən sonra səhifədə `error` qeyd edilir.

Facebook-da girişin çətinləşməsinin texniki problemlə bağlı olduğu ehtimal edilir.

Qeyd edək ki, bundan öncə də Facebook sosial şəbəkəsinin fəaliyyətində problemlər meydana gəlmişdi.

***

Facebook-un fəaliyyətindəki problem tədricən aradan qaldırılıb. Hazırda sosial şəbəkəyə giriş bərpa edilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti