Praqada "Azərbaycan Günü"

Praqada "Azərbaycan Günü"
  17 İyun 2013    Oxunub:982
Azərbaycan Tələbə Şəbəkəsi (ASN) Pragada yerləşən CERGE-Eİ İnistitutunda beynəlxalq tələbələr üçün "Azərbaycan Günü" təşkil edib.
Tədbiri giriş sozü ilə açan bu institutun azərbaycanlı tələbəsi Ruslan Əliyev Azərbaycan haqqında dolğun məlumat verib. Bundan sonra ASN –nin Çexiya nümayəndəsi Sabir Məmmədov Azərbaycan Tələbə Şəbəkəsi (ASN) və onun fəaliyyəti haqqında qonaqları məlumatlandıraraq hamını birgə fəaliyyətə və əməkdaşlığa dəvət edib.

Rəsmi açılış mərasimindən sonra tədbir iştirakçıları Azərbaycan haqqinda müxtəlif sosial, mədəni, iqtisadi promo video çarxları və eyni zamanda Elmar İmanovun müəllifi oldugu və tələbə mükafatı almış “The Swing of the Coffin Maker” filminə baxıblar.

Tədbir Azərbaycan caz musiqisinin müşaiyətilə davam edib və iştirakçılara milli yeməklər, şiriniyyatlar təqdim olunub.


Teqlər:





Xəbər lenti