İran səfirliyi Məkkə ilə bağlı xatirə kitabı açır

İran səfirliyi Məkkə ilə bağlı xatirə kitabı açır
  29 Sentyabr 2015    Oxunub:1935
Bu il həcc mövsümü zamanı bir çox İranlı hacıların Mina faciəsində ölümü ilə əlaqədar İran İslam Respublikasının Bakıda yerləşən səfirliyinin 1-ci binasında dövlət rəsmiləri və Azərbaycan Respublikasında yerləşən xarici diplomatların öz ürək sözləri və başsağlığını bildirmək üçün xüsusi xatirə kitabı açılacaq.
İran İslam Respublikasının Bakıda yerləşən səfirliyinin mətbuat katibi Seyid Məhəmməd Ayətullahi AzVision.az - a bildirib ki, İran səfirliyinə gəlib xatirə kitabını imzalamaq mərasimi sentyabr ayının 30-u çərşənbə günü və oktyabr ayının 1-i cümə axşamı saat 10.00-dan etibarən 16.00-a qədər davam edəcək.

Səfirlikdən qeyd edilib ki, bu xəbər Xarici İşlər Nazirliyi və Bakıda yerləşən digər səfirliklərə rəsmi olaraq bildirilib.

Mətbuat katibi bir çox ölkələrdən gəlmiş hacıların ölümü ilə nəticələnən Mina faciəsinin ağrılı bir müsibət olduğunu deyib: “Bu hadisə İslam dünyasında çox böyük bir hüznə səbəb oldu. İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi Mina faciəsində dünyasını dəyişmiş insanların ailə üzvlərinə başsağlığı verir və xalq tərəfindən gələn başsağlığına görə öz minnətdarlığını bildirir”.


Teqlər:  



Xəbər lenti