Nazirlikdə İctimai Şura yaradıldı
Tədbirdə çıxış edən vətəndaş cəmiyyəti nümayəndələri nazirlik yanında İctimai şuranın formalaşmasını ölkədə həyata keçirilən hüquqi islahatların, vətəndaş cəmiyyəti quruculuğu və dövlət-vətəndaş münasibətlərinin inkişafına töhfə kimi qiymətləndiriblər.
Xatırladaq ki, “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununa əsasən dövlət və cəmiyyət həyatının müxtəlif sahələrində dövlət siyasətinin hazırlanmasında və həyata keçiriməsində, ümumdövlət və yerli səviyyədə qərarların qəbulunda, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş mərkəzi icra hakimiyyəti orqanlarının, yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarətin təşkilində vətəndaşların və vətəndaş cəmiyyəti institutlarının iştirakı nəzərdə tutulur.
ƏƏSMN yanında İctimai şuraya seçilən vətəndaş cəmiyyəti institutları ilə bağlı ətraflı məlumatlar nazirliyin rəsmi internet (www.mlspp.gov.az) resursunda yerləşdirilib.
Teqlər: