Mövqelərimiz atəşə tutulub

Mövqelərimiz atəşə tutulub
  17 İyun 2013    Oxunub:1117
Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Azvision. az-a verilən məlumata görə, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Horadiz və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti