YAP-ın bütün namizədləri qeydə alındı

YAP-ın bütün namizədləri qeydə alındı
  29 Sentyabr 2015    Oxunub:1936
Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən namizədlər Milli Məclisin deputatlığına namizəd kimi dairə seçki komissiyaları tərəfindən qeydə alınıb.

YAP-dan AzVision.az-a verilən xəbərə görə, bununla da, Yeni Azərbaycan Partiyası Azərbaycan Respublikasının Seçki Məcəlləsinə müvafiq olaraq, seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınana siyasi partiya kimi iştirak etmək hüququ qazanıb.

1 noyabr 2015-ci il tarixə təyin edilən Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə Yeni Azərbaycan Partiyası tərəfindən 117 dairə üzrə namizəd irəli sürülüb.

Uğurla başa çatana imzatoplama kampaniyasında Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahı tərəfindən xüsusi treninqlərə cəlb edilən 1226 nəfər iştirak edib.

AzVision.az


Teqlər:  



Xəbər lenti