Erməni ailəsi tez-tez Bakı gəzintisinə çıxır
Lakin onu deyə bilərəm ki, Martirosyan ailəsinin vəziyyəti normal durumdadır, heç bir narahatlıq yoxdur. Mən vaxtaşırı onlarla telefon əlaqəsi saxlayıb görüşürəm. Ailə tez-tez Bakının gəzintisinə çıxır.
Vahan Martirosyanın dediyinə görə, Azərbaycan onların çox xoşuna gəlib. Bu səbəbdən ölkəmizdən kənar heç bir yerə tərpənmək istəmir”.
Xatırladaq ki, bu günlərdə Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vahan Martirosyan Azərbaycandan siyasi sığınacaq istəyib. O, rəhbərlik etdiyi müxalif yönümlü qurumun fəaliyyətinə görə Ermənistanda dövlət orqanlarının və ayrı-ayrı səlahiyyətli şəxslərin təzyiqlərinə məruz qalıb, özünün və ailəsinin şəxsi təhlükəsizliyi ilə əlaqədar həyat yoldaşı, azyaşlı övladı ilə birlikdə Ermənistandan qaçaraq, Azərbaycana gəlib.







Vaxtında, Aydın, Lazımlı!


