Mübariz Qurbanlı vətəndaşları qəbul edib

Mübariz Qurbanlı vətəndaşları qəbul edib
  29 Sentyabr 2015    Oxunub:1720
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı sentyabrın 29-da Astara şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Astara və Lerik rayonlarından olan vətəndaşları qəbul edib.
AzVision.az xəbər verir ki, qəbuldan əvvəl Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin və mənalı ömür yolunu əks etdirən eksponatlar və fotoşəkillərlə tanış olublar.

Otuza yaxın vətəndaşın iştirak etdiyi qəbul zamanı müraciətlər əsasən dini icmaların qeydiyyatı, məscidlərin təmiri və tikintisi, Lənkəran Dövlət Universitetində İslamşünaslıq fakültəsinin açılması, dini icmalara maliyyə yardımı edilməsi və digər məsələlərlə bağlı olub.

Komitə sədri M.Qurbanlı hər bir müraciətin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll olunması barədə müvafiq tapşırıqlar verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb. Komitənin səlahiyyətlərinə aid olmayan müraciətlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və nəzarətə götürülüb.


Teqlər:



Xəbər lenti