Suriyada döyüşən azərbaycanlı tutuldu

Suriyada döyüşən azərbaycanlı tutuldu
  29 Sentyabr 2015    Oxunub:2088
Suriyada döyüşlərdə iştirak etməkdə şübhəli bilinən şəxs həbs edilib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Ağsu rayon sakini, 1985-ci il təvəllüdlü Əhmədov Taleh Mahir oğlu Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs olunub.

Aparılan araşdırmalar zamanı onun 2014-cü ildə Suriyaya getdiyi və 3 ay orada qaldığı məlum olub.

Onun barəsində Cinayət Məcəlləsinin 279-cu (qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə və ya qrup yaratma) maddəsinə əsasən cinayət işi başlanılıb və məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.


Teqlər:



Xəbər lenti