İrandan Azərbaycana heroin gətirən saxlanıldı

İrandan Azərbaycana heroin gətirən saxlanıldı
  29 Sentyabr 2015    Oxunub:1585
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb.
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən AzVision.az - a verilən məlumata görə, sentyabrın 26-da həyata keçirilən tədbirlər nəticəsində Cəlilabad rayonu, Sərxanlı kəndi ərazisindəki zastavanın xidməti sahəsində İrandan Azərbaycana qaçaq yolla külli miqdarda narkotik vasitə keçirmək istəyərkən saxlanılan Cəlilabad rayon sakini, 1979-cu il təvəllüdlü Rövşən Fərahim oğlu Nəsirovdan 7 kiloqram tiryək və 470 qram heroin götürülüb.

Fakt üzrə DSX tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.


Teqlər:



Xəbər lenti