Milli Məclisin deputatına AŞPA-da vəzifə verildi

Milli Məclisin deputatına AŞPA-da vəzifə verildi
  30 Sentyabr 2015    Oxunub:2640
Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sessiyası çərçivəsində qurumun sosial məsələlər, sağlamlıq və daimi inkişaf komitəsinin toplantısı keçirilib.
Komitədə gənclərin radikallaşmasının qarşısının alınması mövzusu üzrə məruzəçinin təyin edilməsi məsələsi müzakirə olunub və bu məsələni işləyib hazırlamaq üçün komitədən Assambleyanın iki parlamentarı seçilib.

Onlardan biri İngiltərəli parlamentar Jeffri Donaldson, digəri isə Azərbaycanın Parlament Assambleyadakı nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva olub. Sevinc Fətəliyeva bu məruzənin AŞPA-nın gələn ilin iyun ayında keçiriləcək sessiyasına hazır olacağını da bildirib. (Apa)


Teqlər:  



Xəbər lenti