Milli Məclis toplanır - Sonuncu iclasdır

Milli Məclis toplanır - Sonuncu iclasdır
  30 Sentyabr 2015    Oxunub:3405
Bu gün Azərbaycan Milli Məclisinin payız sessiyasının ilk iclası keçiriləcək.
AzVision.az xəbər verir ki, iclasın gündəliyinə 39 məsələ daxildir.

Gündəliyə parlamentin 2015-cü il payız sessiyasının qanunvericilik işləri planının təsdiqi, Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin təsdiqi, Cinayət, Torpaq, Mülki və İnzibati, Xətalar Məcəllələrinə, “Diplomatik xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında”, “Fövqəladə hallar orqanlarında xidmət keçmə haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Torpaq bazarı”, “Torpaq islahatı”, “Yeyinti məhsulları haqqında”, “Melorasiya və irriqasiya haqqında”, “Dövlət qulluğu haqqında” “Yol hərəkəti haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” və daha bir neçə qanuna dəyişikliklər daxil edilib.

Anar Kəlbiyev
AzVision.az




Teqlər:  



Xəbər lenti