Hərbçi ailələrinin pensiyası artırılacaq
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib. O, qeyd edib ki, qüvvədə olan qanunvericilyə görə, həmin rəqəm ayrı-ayrı kateqoriyalara aid hərbi qulluqçular üzrə 35-50 faiz olaraq müəyyən edilib.
Qeyd edilən islahat tədbirinin vəfat etmiş hərbi qulluqçuların ailə üzvlərinin pensiya təminatının yaxşılaşdırılmasına mühüm töhfə verəcəyini söyləyən Fond sədri pensiya islahatlarının bütövlükdə pensiyaçıların sosial müdafiəsinin daha da gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.
Fond sədrinin sözlərinə görə, yüksək sosial sığorta haqqı ödəyənlər pensiya təyinatında staj tələbindən azad olunacaq.
“Sosial sığorta haqlarının daha yüksək məbləğdə ödənişinin stimullaşdırlmasına istiqamətlənən müxtəlif islahat tədbirlərinin reallaşdırılması nəzərdə tutulur. Bu qaydaların tətbiqi ilə sosial sığorta haqqı ödəyiciləri daha yüksək pensiya alacaq və əmək haqlarının tam qeydiyyatında maraqlı olacaqlar. Bu istiqamətdə daha bir islahat tədbiri minimum sosial sığorta stajı tələbi ilə bağlıdır”.
E.Mehdiyev qeyd edib ki, “Mövcud qanunvericilikdə əmək pensiyasına hüququn yaranması üçün minimum sığorta stajı müəyyən edilmişdir ki, bu da vətəndaşların hansı məbləğdə sosial sığorta haqları ödəməsindən asılı olmayaraq ümumi tələbdir. Pensiya islahatları çərçivəsində yüksək sosial sığorta haqqı ödəyərək minimum məbləğdən yuxarı pensiya üçün kapital toplamış şəxslərə ümumiyyətlə staj tələbinin aradan qaldırılması nəzərdə tutulur”.
AzVision.az
Teqlər: