Bakı metrosu gecə 1-ə kimi işləyəcək

Bakı metrosu gecə 1-ə kimi işləyəcək
  30 Sentyabr 2015    Oxunub:2871
Azərbaycanın “Qarabağ” futbol komandası Bakı Metropoliteninə müraciət edib.
Bu barədə AzVision.az - a açıqlama verən Bakı Metropolitenin Mətbuat Xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib ki, müraciət metronun bağlanış saatının artırılması ilə bağlıdır. Belə ki, “Qarabağ” komandasının sabah “Anderlext” klubu ilə keçirəcəyi oyun gecə saat 12-də bitəcək. Komanda metronun işləmə vaxtının saat 1-ə qədər uzadılmasını xahiş edib.

O, qeyd edib ki, Bakı Metropoliteni “Qarabağ” klubunun müraciətinə müsbət cavab verib: “Bakı Metropoliteni onların xahişini nəzərə alaraq sabah keçiriləcək “Qarabağ” - “Anderlext” qarşılaşması ilə əlaqədər metro gecə saat birə qədər işləyəcək”.


Teqlər:  



Xəbər lenti