Deputatdan önəmli təklif: 2 milyon bəs edər

Deputatdan önəmli təklif: 2 milyon bəs edər
  30 Sentyabr 2015    Oxunub:4011
Milli Məclisin bu gün keçirilən iclasında deputat Musa Quliyev eşitmə qabiliyyəti zəif olan uşaqlarla bağlı ayrıca qanunun qəbul olunmasını təklif edib.
AzVision.az-ın məlumatına görə, deputat bildirib ki, narahatedici məqamlardan biri uşaqların anadangəlmə danışma və eşitmə qüsurlu doğulmasıdır: “Statistika var ki, Azərbaycanda 130-150 belə uşaq doğulur. Halbuki, problemi aradan qaldırmaq üçün həmin uşaqlar 3 yaşına kimi əməliyyat oluna bilər. Lakin bu əməliyyat onların ailəsinə çox baha başa gəlir. Səhv etmirəmsə bu əməliyyat üçün 20-30 min manat tələb olunur. Təbii ki, aşağı təbəqəli ailələrin bu məbləği verəcək imkanları yoxdur.

Hesab edirəm ki, bu kimi xəstəliklərin həlli üçün 2-2,5 milyon pul ayrılması kifayət edər. Ona görə də səhiyyə sahəsində qəbul olunan qanunvericiliyə müəyyən dəyişiklik edilməlidir”.

Komitə sədrinin müavini, həmçinin müəllimlər və həkimlərə ipoteka kreditlərinin verilməsində müəyyən güzəştlərin edilməsini də təklif edib: “Hər kəsə bəllidir ki, bu peşənin sahiblərinin maaşları kifayət qədər yaxşı olmadığından, onlar ipotekadan yararlana bilmirlər. Təklif edirəm ki, “İpoteka haqqında” qanunda bir sıra dəyişiklik edilsin. Hətta müəllim və həkimlər həmin qanunda xüsusi kateqoriyalı şəxslər kimi qeyd olunsun ki, onlar ipoteka kreditlərini güzəştli şəkildə götürə bilsinlər”.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti