Diplomatlara qarşı sərt cəza - Qanun dəyişdi

Diplomatlara qarşı sərt cəza - Qanun dəyişdi
  30 Sentyabr 2015    Oxunub:3471
Azərbaycanda nöqsanlara yol verən diplomatik əməkdaşlara qarşı cəzalar sərtləşdirilir.

AzVision.az xəbər verir ki, məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Diplomatik xidmət haqqında” qanuna edilən dəyişikliklərdə öz əksini tapıb.

Parlamentə Prezident tərəfindən təqdim olunan təklifdə bildirilir ki, “Xidməti vəzifələrinin kobud şəkildə pozulmasına və ya diplomatik xidmətlə bir araya sığmayan hərəkətlərə görə” diplomatik əməkdaşların rütbələri aşağı salına və ya onlar öz rütbələrindən məhrum edilə bilər.

Mövcud dəyişikliklər səsverməyə qoyularaq qəbul edilib.

AzVision.az


Teqlər:  



Xəbər lenti