FHN işçiləri qəzaya düşdü

  30 Sentyabr 2015    Oxunub : 1571
FHN işçiləri qəzaya düşdü
Gəncədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Gəncə şəhər Polis İdarəsindən AzVision.az - a verilən məlumata görə, qəza Nizami məqbərəsinin yaxınlığında qeydə alınıb. Belə ki, 1980-ci il təvəllüdlü Kənan Əbülfət oğlu Məmmədxanov paytaxt istiqamətində hərəkətdə olarkən idarə etdiyi 20- TN- 254 dövlət nömrə nişanlı "Daewoo" markalı avtomobillə yolda təmizlik işləri görən süpürgəçi- 1962-ci il təvəllüdlü Şahnaz Talıb qızı Məmmədovanı vurub.

Daha sonra avtomobil yolun kənarındakı divara çırpılıb. Hadisə nəticəsində Şahnaz Məmmədova yerindəcə dünyasını dəyişib, avtomobildə olan sərnişinlər- Gəncə şəhər sakinləri- 1979-cu il təvəllüdlü Əlizamin Nəbi oğlu Hüseynov, 1985-ci il təvəllüdlü Mənsur Hümbət oğlu Əliyev və 1980-ci il təvəllüdlü Nazim Qəşəm oğlu Pənahov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Qəzaya düşən şəxslər Fövqaladə Hallar Nazirliyinin işçiləridir.

Yaralılar darhal Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Xəstəxanadan onların vəziyyətlərinin yaxşı olduğunu bildirdilər. Faktla bağlı Gəncə şəhər Polis Şöbəsində araşdırma aparılır.

Teqlər: