Ən az məzuniyyət 21 gün olacaq

Ən az məzuniyyət 21 gün olacaq
  30 Sentyabr 2015    Oxunub:3173
Milli Məclis "Beynəlxalq Əmək Təşkilatının "Ödənişli məzuniyyətlər haqqında" (1970-ci ildə yenidən işlənmiş) Konvensiyasına Azərbaycan Respublikasının qoşulması barədə" Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 19 iyul tarixli 856 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsini təsdiqləyib.
AzVision.az-ın məlumatına görə, Milli Məclisin bugünkü iclasında gündəliyə daxil edilən məsələ haqqında danışan parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib ki, qanun layihəsinə iki dəyişiklik edilib. Onun sözlərinə görə, bunlardan biri texniki məsələdir.

“İkinci məsələ isə Azərbaycan vətəndaşlarının məzuniyyəti üçün önəmlidir. Belə ki, bu qanuna uyğun olaraq Azərbaycan vətəndaşları üçün ən aşağı məzuniyyət 21 gün təyin ediləcək. Bu da Azərbaycan vətəndaşlarına xidmət edən layihədir”,- deyə millət vəkili əlavə edib.

Qanun layihəsi səsə qoyularaq qəbul olunub.

AzVision.az




Teqlər:  





Xəbər lenti