Deputatlar vəzifə təsnifatında dəyişiklik etdi

Deputatlar vəzifə təsnifatında dəyişiklik etdi
  30 Sentyabr 2015    Oxunub:2493
Azərbaycanda dövlət orqanlarının, həmçinin inzibati və yardımçı vəzifələrin təsnifatında dəyişikliklər edilir.
AzVision.az xəbər verir ki, bununla bağlı Milli Məclisdə “Dövlət qulluğu haqqında” qanuna dəyişikliklər edilməsi müzakirə olunub. Dəyişikliyə əsasən. qanunun 8.1.1-ci maddəsinə dövlət orqanlarının təsnifatı ilə bağlı siyahıya ümumi və ixtisaslaşdırılmış məhkəmələrin icraatına aid edilən işlər üzrə ali məhkəmə orqanı olan Azərbaycanın Ali Məhkəməsinin adı da əlavə edilib.

Bundan əlavə, qanunun 11-ci maddəsinə edilən əlavələrə görə bundan sonra Ali Məhkəmənin Aparat rəhbərinin vəzifəsi inzibati vəzifələrin ali təsnifatına, Ali Məhkəmənin Aparat rəhbərinin müavini vəzifəsi inzibati vəzifələrin birinci təsnifatına, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin aparatlarının bölmə rəhbəri vəzifələri inzibati vəzifələrin ikinci təsnifatına, Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin aparatlarındakı mütəxəssislər isə inzibati vəzifələrin üçüncü təsnifatına aid ediləcək.

Dəyişikliklər səs verməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev


Teqlər:



Xəbər lenti